Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun davam etməsininbu gün də şahidiyik

Son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir, bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

“Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun bu gün də davam etməsinin şahidiyik. Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda, təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, həmin ərazilərin onlara məxsus ol­madığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir”, – deyə F.Əliyev qeyd edib.

Nazir müavini əlavə edib ki, qeyd olunan hadisə nazirlik tərəfindən daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək.

15 Avqust 2022 23:10 -

Köhnə versiyamızdan xəbərləri izlə