Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-iyul aylarında əsas kapitala 7,3 milyard manat vəsait yönəldilmişdir

2022-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində vəsait yönəldilmişdir.

Statistika Komitəsi bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalmış, qeyri neft-qaz sekto­runa yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapi­tala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,2 faiz təşkil etmişdir.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

15 Avqust 2022 23:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə