Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə Hallar Nazirliyi maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, bu çərçivədə, agentliyin müfəttişləri Şəmkir rayonunun “Ağ dağlar” deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qaz­doldurma məntəqəsində plan üzrə yoxlama aparıb. Yoxlama zamanı maye və qazdol­durma məntəqəsində insan həyatı və sağ­lamlığı üçün təhlükə yarada biləcək pozun­tular aşkarlanıb. Məntəqədə istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihaz­ların və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı nəzərə alına­raq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profi­laktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldı­rılması üçün müvafiq tövsiyələr verilib.

Tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sahibkara təqdim edilib.

“Xalq qəzeti”

15 Avqust 2022 23:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə