Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ Serbiya və Kosovonun qarşılıqlı ittihamlarından narahatdır

Məlum olduğu kimi, Kosovo hökuməti bu ölkənin ərazisinə quru yolla daxil olan Serbiya vətəndaşlarından özləri və avtomobilləri üçün əlavə sənədlər təqdim etmələrini tələb edir. Bu qərar iki ölkə arasında gərginliyə səbəb olub. Xəbəri “Euronews” agentliyi yayıb.

Lakin Avropa İttifaqı (Aİ) rəhbərliyi işə qarışandan sonra rəsmi Priştina qərarın icrasını bir ay müddətinə, yəni bu il sentyabrın 1-dək təxirə salıb. Bu məsələ ilə bağlı Aİ və NATO-nun təşkilatçılığı ilə müzakirələr başlanıb.

Bununla bərabər, Serbiya və Kosovonun son günlər bir çox yüksək vəzifəli siyasətçiləri təxribat xarak­terli bəyanatlar səsləndirirlər. Bəzi ekspertlər gərginliyin davam etdiyi təqdirdə Ko­sovoda yerli əhali ilə etnik serblər arasında toqquşmala­rın başlaya biləcəyini istisna etmirlər. Aİ rəhbərliyi bundan çox narahatdır. Brüsseldə hesab edirlər ki, bu, eskalasi­yaya səbəb ola bilər və buna görə hər iki tərəf məsuliyyət daşıyacaq.

Yeri gəlmişkən, Aİ rəhbərliyi bu məsələ ilə bağlı bəyanat qəbul edib. Sənəddə qeyd olunur ki, Kosovo və Serbiya rəsmiləri arasında qızışdırıcı ritorikanın artma­sı yolverilməzdir. Unutmaq olmaz ki, belə məsuliyyətsiz çıxışlar Qərbi Balkanlar­da zorakılıqlarla müşayiət olunan ağır münaqişəyə yol aça bilər.

Sənəddə həmçinin vurğulanır ki, bütün açıq suallar Aİ-nin yardımı ilə Kosovo və Serbiya ara­sında münasibətlərin nor­mallaşdırılması üzrə dialoq çərçivəsində həll olunacaq.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

15 Avqust 2022 23:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə