Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Udı yaşayış məntəqəsini ələ keçirib. Bu hadisə tərəflər arasında bir neçə gün davam edən ağır döyüşlərdən sonra baş verib. Bu barədə TASS agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş bri­qadasının Xerson vilayətinin Belaya Krinisa və Beloqorka ərazilərindəki canlı qüvvəsi və hərbi texnikasının top­landığı əraziyə endirdiyi zərbələr nəticəsində onlarla zirehli texnika və avtomobil sıradan çıxarılıb. Ukrayna tərəfi bu məlumatı nə təsdiq, nə də inkar edib.

Rusiya Müdafiə Nazirli­yinin rəsmisi qeyd edib ki, operativ-taktiki və ordu avia­siyası, raket qoşunları və ar­tilleriya qüvvələrinin Ukrayna ərazisindəki hərbi obyektlərə zərbələri davam edir.

Ukrayna tərəfinin yaydığı məlumatlarda isə, bu ölkənin silahlı qüvvələrinin cəbhənin Xerson istiqamətində rəqibə güclü zərbələr vurduğu bildirilir. Xatırladaq ki, bu il fevralın 24-də başlanan Rusiya-Ukrayna savaşı artıq 173 gündür ki, davam edir.

Bu müddət ərzində Ukraynanın çox sayda şəhər və kəndi dağıdılıb. Hər iki tərəfdən on minlərlə hərbçi öldürülüb. Ölən və yarala­nanlar arasında dinc sakinlər də var. Ukrayna əhalisnin dörddə biri doğma yurd-yuvasından qaçqın düşüb.

Son vaxtlar dünyada cəbhədə atəşkəsin elan edilməsinin vacibliyi ilə bağlı çağırışlar artıb. Qar­daş Türkiyə dövləti dəfələrlə tərəfləri fəal dialoqa dəvət edib. Amma, bu dağıdıcı müharibənin nə vaxt bitəcəyi məlum deyil.

M.HACIXANLI,

“Xalq qəzeti”

15 Avqust 2022 23:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Sentyabr 2022 | 23:38
Kuba işıqsız qalıb
28 Sentyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə