Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Səudiyyə Ərəbistanı

Rekord gəlir

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 2022-ci ilin ikinci rübü üzrə rekord – 48,4 milyard dollar xalis gəlir əldə edib. Bildirilir ki, bəhs edilən dövrdə şirkətin xalis gəlirində illik 90 faiz artım olub. Qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə rüblük 25,5 milyard dollar daha artıq xalis gəlir deməkdir.

Xəbəri SPA verib.

Avstraliya

Skott Morrisona qarşı təhqiqata başlanılıb

Avstraliyanın sabiq Baş naziri Skott Morrisona qarşı təhqiqata başlanı­lıb. Bildirilir ki, sabiq hökumət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu barədə jurnalistlər Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlama verib. O deyib: “Avstraliya hökuməti S.Morrisonun fəaliyyəti ilə bağlı araşdırmalar apararaq, onun pandemiya dövründə özünü həm səhiyyə, həm maliyyə, həm də təbii ehtiyatlar naziri təyin etməsi məsələsini təhqiq edəcək”.

Xəbəri “The Hill” verib.

Fransa

Quraqlıq Avropanı cənginə alır

Avropada son 500 ilin ən güclü quraqlığı yaşanır. Bildirilir ki, Fransanın ən böyük çayı olan Luara artıq bəzi yerlərdə tamamilə quruyub. Analoji vəziyyət Portuqali­yada da hökm sürür. Qeyd edilir ki, quraqlıq sənaye, yük nəqliyyatı, enerji və qida sənayesi üçün ağır nəticələrə, habelə Ukrayna­dakı müharibə ilə əlaqədar tədarük çatışmazlığına və qiymətlərin artmasına səbəb olmağa başlayıb.

Məlumatı “The Guardian” yayıb.

ABŞ

Alimlərin tədqiqatı

Qoz düz bağır­saq xərçənginin dərmanıdır. ABŞ alimləri qoz istehlakının düz ba­ğırsaq xərçəngi riskini 2 dəfə azaltdığını açıq­layıblar. Alimlərin fikirinə görə, qoz bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqların daha yaxşı təmizlənməsinə kömək edir, qəbizliyi aradan qaldırır ki, bütün bunlar xərçəngin inkişafının qarşısını alır. Həmçinin qozun tərkibində olan yağ turşuları və E vitamini də qozun şiş əleyhinə təsirini gücləndirir.

Məlumatı “The Hill” yayıb.

Vyetnam

Dəmiryoluna irihəcmli sərmayə yatırılır

Vyetnam 58,7 milyard dollara başa gələcək və bütün ölkəni əhatə edəcək yüksək sürətli dəmir yolunun tikintisini nəzərdən keçirir. Bildirilir ki, Vyetnam Nəqliyyat Nazirliyi gələn ay Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna 1545 kilometr uzunluğu olan dəmir yolunun tikintisi ilə bağlı təklif təqdim edəcək. Regional istehsal mərkəzi olan Vyetnam sürətlə inkişaf edən iqtisadiyyatını dəstəkləmək üçün nəqliyyat infrastrukturuna investisiyaları artırır. Ümumi uzunluğu 665 kilometr və ümumi sərmayəsi 24,72 milyard dollar olan ilk iki hissə 2032-ci ilə qədər nəqliyyat üçün açıq olacaq.

Xəbəri “Reuters” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

15 Avqust 2022 23:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Sentyabr 2022 | 23:34
Mersində terror
27 Sentyabr 2022 | 23:20
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə