Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Qəbələdəki yanğının söndürülməsi əməliyyatının havadan görüntüsünü yayıb - VİDEO

Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır.

Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteril və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir.

15 Avqust 2022 22:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Sentyabr 2022 | 00:23
Sizi kim unudar?!

Köhnə versiyamızdan xəbərləri izlə