Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sudan səmərəli istifadə, su ehtiyatlarının qorunması” mövzusunda növbəti görüşlər keçirilib

"Sudan səmərəli istifadə, su ehtiyatlarının qorunması” mövzusunda su istehlakçıları arasında növbəti maarifləndirmə tədbirləri 10-12 avqust tarixlərində İmişli, Kürdəmir, Ağdaş, Zərdab, Yevlax rayonları və Mingəçevir şəhərində keçirilib.
Bu barədə "Xalq qəzeti"nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşlərdə ölkəmizdə hazırda su istehlakının vəziyyəti, su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsü, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması, mütərəqqi suvarma texnologiyalarının tətbiqi, nəzarətdənkənar qoşulmaların qarşısının alınmasının vacibliyi vurğulanıb, suya qənaət istiqamətində görülən işlər diqqətə çatdırılıb, maarifləndirici videoçarx nümayiş etdirilib.

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Fövqəladə Hallar Nazirliklərinin, Azərsu ASC-nin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları tərəfindən su istifadəçilərinin suvarma zamanı üzləşdikləri problemlər dinlənilib, lazımi qeydlər aparılıb. Həmçinin onlara bu problemlərin aradan qaldırması üçün müasir texnologiyalardan istifadəyə keçid barədə məlumatlar verilib, gələcəkdə su problemi ilə üzləşməmək üçün sudan səmərəli və qənaətlə istifadəyə çağırış edilib.

Qeyd edək ki, “Sudan səmərəli istifadə, su ehtiyatlarının qorunması” mövzusunda maarifləndirmə tədbirləri 26 iyul 2022-ci il tarixindən bugünədək Respublikanın 14 bölgəsi üzrə keçirilib.

15 Avqust 2022 16:33 - EKOLOGİYA
EKOLOGİYA
2 Oktyabr 2022 | 18:11
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 18:56
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 17:59
Oktyabr ayının hava şəraiti
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə