Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qadın voleybolçularından ibarət millisi İslamiadada bürünc medala sahib olub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın voleybolçularından ibarət millisi üçüncü yeri tutub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, komandamız bürünc medal uğrunda Kamerunla mübarizə aparıb. Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

15 Avqust 2022 16:05 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə