Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan” kran gəmisi “Abşeron” layihəsindəki işlərdə iştirak edir - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) 2500 ton yükqaldırma qabiliyyətinə malik  “Azərbaycan” kran gəmisi “Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikilərinin “Abşeron” yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub.

Bu barədə "Xalq qəzeti"nə ASCO-nun Mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi – “AMO-2” və “AMO-1” modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. “AMO-3” modulu isə “Azərbaycan” kran gəmisinin öz göyərtəsinə yüklənib.

Üst tikililər “Abşeron” yatağına çatdırıldıqdan sonra “Azərbaycan” kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək. 

15 Avqust 2022 17:16 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə