Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU publik hüquqi şəxsə çevrilib

Nazirlər Kabineti “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

Qərara əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsi təsdiqlənib.

Nizamnaməyə əsasən, Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas

təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali

təhsilli mütəxəssislərin hazırlanması;

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı

ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların

hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

Universitetin nizamnamə fondu 102734549 (yüz iki milyon yeddi yüz otuz dörd min beş yüz qırx doqquz) manatdır.

15 Avqust 2022 15:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə