Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 4 ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

Dövlət başçısının tapşırığına əsasən son illər sosial ödənişlərin ciddi şəkildə artırılması ilə bərabər, yeni sosial ödəniş növləri də təsis olunmaqla sosial təminat sisteminin əhatə dairəsi xeyli genişləndirilib.

Bu barədə "Xalq qəzeti"nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

2019-cu ildə  

  • müharibə veteranlarına
  • birinci dərəcə əlilliyi olanlara qulluq edənlərə
  • əlilliyi olan 18 yaşadək uşaqlara qulluq edənlərə,

                                             Prezidentin aylıq təqaüdü təsis olunub.

 

2021-ci ildə daha bir sıra yeni sosial ödənişlərin:

  • Vətən Müharibəsi Qəhrəmanlarına (onlardan vəfat edənlərin ailə üzvlərinə),
  • İşləməyən pensiyaçı elmlər doktorlarına,
  • İşləməyən pensiyaçı fəlsəfə doktorlarına

Prezidentin aylıq təqaüdünün

  • valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə,
  • sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə

hər uşaq üçün aylıq müavinətin təyin edilməsinə başlanıb.

 

2022-ci ilin əvvəlindən isə

  • Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub.

Həmçinin:

  • 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib;
  • Bu günlərdə isə Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatına başlanıb.

Qeyd olunanlar ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsində mühüm addımlar olmaqla xüsusilə həssas qruplara dövlət qayğısının daha da artmasına imkan verib.

15 Avqust 2022 17:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə