Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı açıq havada “Narkomaniyaya yox deyək!”, “Sağlam həyat yaşa” mövzusunda maarifləndirici tədbir keçirib.

Bu barədə "Xalq qəzeti"nə İdarədən məlumat verilib.

Filialın müdiri Arzu Xudayarova zərərli vərdişlərlə mübarizədə tədbirlərin əhəmiyyətini vurğulayaraq gənclərin sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən, təbiətdən, kitablardan zövq almağa, faydalı bilik və bacarıqlar əldə etməyə çağırıb.

Kitabxananın əməkdaşı Aysel Nəzərova isə oxucuları həkim-narkoloq və yazıçı Asif Kəngərlinin kitabları ilə tanış edib. O, həmçinin dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və ona qarşı mübarizə aparmağın yollarından danışıb.

15 Avqust 2022 20:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə