Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərbaycan qadınının parlaq nümunəsi" adlı tədbir təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucularla birlikdə Xurşud banu Natəvanın 190 illiyi ilə əlaqədar " Azərbaycan qadınının parlaq nümunəsi" adlı tədbir keçirib.

Bu barədə "Xalq qəzeti"nə İdarədən məlumat verilib.

İlk öncə sistem inzibatçısı Məhparə Məmmədova oxuculara məlumat verərək qeyd edib ki, " Xurşidbanu Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub.

Bu gün XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olmasından 190 il ötüb. Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” yəni tək inci el arasında isə “Xan qızı” çağırıblar.

Tədbir zamanı oxuculardan A.Alin, M.Çinarə Xurşidbanu

Natəvanın xeyriyyəçi, xeyirxah bir qadın kimi də tanınmasından, parlaq istedada və qabaqcıl idealara malik bir şəxsiyyət olmasından danışıblar.

Sonda oxucular M.Günay və A.Cavidan şairənin "Bənövşə" və "Qərənfil " şeirlərini söyləyiblər .

15 Avqust 2022 21:21 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə