Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Banuçiçək Nəsirli Avropa birinciliyində yarımfinala vəsiqə qazanıb

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın üçüncü günündə Azərbaycan yığmasının üzvü Banuçiçək Nəsirli 1/4 final mərhələsi çərçivəsində italiyalı Liparulo Anna de Donato ilə qarşılaşıb.

 "Xalq qəzeti" xəbər verir ki, 44 kq çəki dərəcəsində mübarizə aparan boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Nəsirli növbəti döyüşündə ingiltərəli Kalsi Cayla üz-üzə gələcək. Qarşılaşma avqustun 18-də olacaq.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

15 Avqust 2022 15:03 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə