Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarix Muzeyində Xurşidbanu Natəvanın əl işləri qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Azərbaycan bədii fikrinin görkəmli siması, şairə Xurşidbanu Natəvana aid materiallar, əl işləri qorunur.

 Muzeydən "Xalq qəzeti"nə verilən məlumata görə, Güləbətin sapla tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olan “xaç” tikmə üsulu ilə bəzədiyi xurcun, qazantutan Xurşidbanunun bu sənət sahəsindəki yüksək istedadını göstərir. Böyük istedad sahibi olan Natəvan bir rəssam, tikmə ustası, xalça toxucusu kimi də öz bacarığı ilə seçilib. 1886-cı ildə öz əli ilə hazırladığı albomunda qrafika üsulu ilə çəkdiyi müxtəlif güllər və təbiət mənzərələri ilə yanaşı, Bakı şəhəri, ev, körpü, yol və s. təsvirləri onun incə zövqə, yüksək sənətkarlıq qabiliyyətinə malik olmasına əyani sübutdur. Xan qızının albomun üz qabığına ipək saplar və muncuqlarla tikdiyi nəbati təsvirlər bu nadir sənət nümunəsinin bədii dəyərini daha da artırır.

Xatırladaq ki, muzey tərəfindən “Xurşidbanu Natəvan – 180” adlı broşür-kataloq nəşr olunub.

15 Avqust 2022 14:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə