Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

15 Avqust 2022 18:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə