Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Ötən yarımildə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub

Ötən yarımildə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub, vətəndaşların onları maraqlandıran 7425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilib, müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılmaqla iki müraciət üzrə cinayət işləri başlanıb.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

15 Avqust 2022 22:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə