Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu üzrə müsahibə barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib

Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

  Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Xatırladaq ki, avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək.

15 Avqust 2022 11:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə