Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir İnam Kərimov Balakəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 19-da, saat 09:00-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Xalq qəzeti"nə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-6451878) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

15 Avqust 2022 12:39 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə