Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Premyer Liqasının II turunda qapılara 18 qol vurulub

Misli Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.

Bu barədə "Xalq qəzeti"nə Peşəkar Futbol Liqasının Mətbuat xidmətindən məlumat verilib.

“Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb. Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.

Bu, 2022-ci ilin rekordudur. Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub. Keçən il noyabrın 6-7-dəki dörd görüşdə 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.

15 Avqust 2022 12:46 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə