Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva "Türk dünyasına xidmət" mükafatına layiq görülüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya qardaş Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetində mükafati Hatay Böyükşəhər Bələdiyyə Başqanı Dos.Dr. Lütfü Savaş təqdim edib. Böyükşəhər Bələdiyyə sədrinin təqdim etdiyi təltif Komitə sədrinin Azərbaycanla Türkiyə mədəni əlaqələri başda olmaqla, Türk dünyasında mədəni və təhsil əlaqələrinin gücləndirilməsi işinə töhfələrinə görə verilib.

Təqdimatda çıxış edən Qənirə Paşayeva Hataya daha öncəki səfərlərini xoş xatirələrlə xatırladığını vurğulayaraq, yenidən Hatayda olmaqdan dərin məmnunluğunu bildirib. Türkiyənin vilayətləri, şəhərləri, mədəni irsi haqqında çoxcildlik kitab yazdığını bildirən Qənirə Paşayeva, orada Hatay haqqında xüsusi bölmə olduğunu söyləyib.

 

O, Hatay mədəniyyət işçiləri, sənət xadimləri də daxil olmaqla qardaş ölkə Türkiyənin aydınlarının Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə həssas diqqətini yüksək qiymətləndirib, könül dolusu təşəkkürlərini yetirib.   

 

Komitə sədri Şuşanın 2023-cü il uçun “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi məna daşıdığını vurğulayıb, ürək sözlərini bölüşüb.

 

Hatay Mustafa Kamal Universitetinə, Böyükşəhər Bələdiyyə Başqanı Dos.Dr. Lütfü Savaşa təltif üçün bir daha təşəkkür edən Q.Paşayeva, “Türk dünyasına xidmət”  mükafatının onun üçün həm böyük şərəf, həm də böyük məsuliyyət olduğunu deyib.

 

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

15 Avqust 2022 10:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə