Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” - "Viktoriya Plzen" oyununun hakimləri məlum olub

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın turnirin pley-off mərhələsində Çexiyanın "Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Futbol Federasiyaları Assosiyasının Mətbuat xidmətindən məlumat verilib.

Avqustun 17-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

15 Avqust 2022 11:05 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə