Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meşə təsərrüfatlarından əldə edilən meşə materiallarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti tərəfindən sentyabrın 9-da meşə materiallarının satışı məqsədilə növbəti açıq hərrac təşkil ediləcək.

Bu barədə "Xalq qəzeti"nə ETSN-in Mətbuat xidmətindən məlumat verilib.

Hərracda Zaqatala, Balakən, Qax, Tovuz, Quba, Qusar, Xaçmaz, Masallı, Yardımlı və Cəlilabad rayonlarının meşə təsərrüfatlarında formalaşan müxtəlif cinsli meşə materialları hərraca çıxarılacaq.

Hərracda iştirak etmək üçün iddiaçılar sənədləri 6 sentyabr 2022-ci il saat 17:00-dək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təqdim etməlidirlər.

İddiaçılar əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqı və ilkin ödəniş ödəməlidirlər. Hərracda hüquqi və fiziki şəxslər iştirak edə bilər.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında tanış olmaq olar.

15 Avqust 2022 09:59 - EKOLOGİYA
EKOLOGİYA
2 Oktyabr 2022 | 18:11
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 18:56
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 17:59
Oktyabr ayının hava şəraiti
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə