Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sutka ərzində ölkədə 518 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 518 nəfər koronavirusa yoluxub.

Bu barədə "Xalq qəzeti"nə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 457 nəfər müalicə olunaraq sağalıb, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 805 103 nəfər koronavirusa yoluxub. Onlardan 792 113 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 217 nəfərdir.

Son gündə 3 553 , hazırkı dövrədək isə 7 095 150 test aparılıb.

14 Avqust 2022 20:15 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə