Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub

Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında 14-cü yeri tutub.

 35 yaşlı idmançı 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub.

Pevtsov ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını triatlonçu 32 dəqiqə 6 saniyəlik nəticə ilə yekunlaşdırıb.

O, ümumi hesabda 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.

14 Avqust 2022 17:50 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə