Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviya prezidenti müharibə tərəfdarlarını viza və yaşayış icazələrindən məhrum etməyə çağırıb

Egils Levits bildirib ki, ruslara əsassız olaraq səxavətli viza və yaşayış icazəsi verilməsi siyasətinə yenidən baxılması lazımdır. Bu da, onun fikrincə, Latviyanın təhlükəsizliyi üçün risklər yaradır.

Latviya prezidenti Egils Levits Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən ruslara artıq verilmiş vizaların və yaşayış icazələrinin ləğvini zəruri hesab edir. "Əvvəlki hökumətlərin yaşayış icazəsi alveri, Rusiya vətəndaşlarına yaşamaq icazəsi verməkdə əsassız səxavətləri... təhlükəsizlik riskləri yaratdı və ikidilliliyə töhfə verdi. Bu uğursuz və təhlükəli siyasətin nəticələrini nəzərdən keçirməyin vaxtıdır", - o, şənbə günü deyib.

Latviya prezidentinin sözlərinə görə, gələcəkdə Rusiya vətəndaşlığını almaq niyyətində olan ölkə sakinlərinə yaşayış icazəsi verilməməlidir. "Onlar ölkəmizi tərk etməli olacaqlar", - Delfi.lv onun sözlərini sitat gətirib.

Levits: Aİ səviyyəsində ruslara viza verilməsini məhdudlaşdırmaq lazımdır

Levits Aİ səviyyəsində ruslara Şengen vizalarının verilməsinin məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günündə Latviya ruslara turist vizalarının verilməsini dayandırıb, lakin rusiyalı turistlər hələ də digər Şengen ölkələrindən vizalarla oraya gəlirlər. “Ona görə də hesab edirəm ki, Latviya Finlandiya, Estoniya, Çexiya və digər həmfikir ölkələrlə birlikdə gələcəkdə Avropa səviyyəsində Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılması tələbini irəli sürməlidir. Rusiyaya qarşı əlavə sanksiya olacaq”, - Latviya prezidenti əlavə edib.

Ukraynada davam edən hərbi münaqişəyə cavab olaraq növbəti tədbir kimi ruslara Şengen vizalarının verilməsinin məhdudlaşdırılması məsələsi avqustun sonunda Aİ Şurasının müzakirəsinə çıxarılıb. Aİ-yə sədrlik edən Çexiyanın hakimiyyət orqanları Baltikyanı ölkələrin də tələb etdiyi bu məsələ ilə bağlı müsbət qərara çalışacaqlarını bəyan ediblər. Bu arada Almaniya Federal Kansleri Olaf Şolz Rusiya vətəndaşlarına viza verilməsinə tamamilə qadağa qoyulmasına qarşı çıxıb.

“Xalq qəzeti”

15 Avqust 2022 02:21 -

Köhnə versiyamızdan xəbərləri izlə