Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya enerji infrastrukturuna mümkün hücumlar barədə xəbərdarlıq edir

Ekstremistlər Rusiyanın enerji təchizatı ilə bağlı münaqişədən və qarşıdan gələn qışla bağlı artan qorxudan öz məqsədləri üçün istifadə edə bilərlər. Bunu Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.

Rusiyanın Avropaya enerji təchizatı ilə bağlı davam edən münaqişə və Almaniyada qarşıdan gələn istilik mövsümü ilə bağlı artan qorxu fonunda enerji sektoru obyektlərinə hücumlar istisna edilmir. Almaniyanın daxili işlər naziri Nensi Fezer avqustun 14-də bazar günü dərc olunan “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə "Biz qaz terminallarına və digər kritik infrastruktura mümkün hücumlara hazır olmalıyıq”,- deyə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Berlin “energetika sektoruna məqsədyönlü hücumlar və ya ekstremistlərin koronavirus böhranı zamanı olduğu kimi, qanuni etirazdan öz məqsədləri üçün istifadə etmək cəhdləri” ehtimalını etiraf edir. Eyni zamanda, o, kütləvi etirazlar və iğtişaşlar gözləmədiyini də açıqlayıb.

Almaniya daxili təhlükəsizliyi gücləndirir

Eyni zamanda, Fezer deyib ki, daxili təhlükəsizlik sahəsində heç bir büdcə kəsiri gözlənilmir. Əksinə, federal polis bu il 1000 yeni iş yeri yaradıb. Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlaması Almaniyanın daxili təhlükəsizlik siyasətində dəyişikliklərə səbəb olub. “Biz özümüzü Rusiyanın genişmiqyaslı dezinformasiya kampaniyalarından və kiberhücumlarından qorumalıyıq”, - o vurğulayıb.

N.Fezer Almaniya təhlükəsizlik qüvvələrinin bu sahədə uğurlu fəaliyyətini qeyd edib: Ukraynada hərbi münaqişə başlayandan bəri alman sistemlərinə Rusiya tərəfindən bir dəfə də olsun uğurlu iri kiberhücum olmayıb.

Avropa Rusiyanın enerji daşıyıcılarından imtina edir

Rusiyanın Ukraynaya qarşı başlatdığı əməliyyatlara cavab olaraq, Avropa İttifaqı artıq Rusiyanın enerji daşıyıcılarının tədarükünü kəskin şəkildə məhdudlaşdırıb. Aİ Rusiya Federasiyasından kömür idxalına qadağa qoyub, həmçinin neft tədarükünü ciddi şəkildə məhdudlaşdırıb. Bundan əlavə, Aİ ölkələri və Brüssel Rusiya qazını mərhələli şəkildə dayandırmaq üçün addımlar atır. Öz növbəsində, “Qazprom” artıq birtərəfli qaydada bir sıra Aİ ölkələrinə nəqli dayandırıb və digər ölkələrə, xüsusən də Almaniyaya qaz ixracının həcmini əhəmiyyətli dərəcədə azaldıb.

Aİ təbii qaz istehlakının azaldılması üçün fövqəladə vəziyyət planı qəbul edib ki, bu planda bütün Aİ ölkələrinin könüllü olaraq 2023-cü ilin avqust ayının əvvəlindən mart ayına kimi qaz istehlakını bu müddət ərzində son beş il ərzində orta istehlakla müqayisədə 15 faiz azaltmağı nəzərdə tutur. Avropa Komissiyasının məlumatına görə, bu yolla Aİ ölkələri ümumilikdə 45 milyard kubmetr qaza qənaət etməli olacaqlar.

"Xalq qəzeti"

15 Avqust 2022 00:12 -

Köhnə versiyamızdan xəbərləri izlə