Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

New York Times: Bayden 2024-cü ildə prezidentliyə namizəd olmaya bilər

Demokratik nümayəndə Kerolin Meloni (D-NY) ABŞ-ın 46-cı prezidenti Co Baydenin 2 ildən sonra keçiriləcək növbəti seçkilərdə iddialara görə iştirak etməyəcəyini bildirib. Bu barədə “The New York Times” məlumat yayıb.

Xanım Meloninin sözlərinə görə, Baydenin Ağ Evin rəhbəri postu uğrunda mübarizədə iştirakdan imtinası hələ qeyri-rəsmidir və təsdiqlənməyib.

NYT yazır ki, xanım Meloni cənab Baydenin 2024-cü ildə yenidən seçilməsi haqqında nə düşündüyünü öyrənməyə qərar verib. Növbəti seçkiyə qədər prezident Baydenin 81 yaşı tamam olacaq.

“Qeyri-rəsmi olaraq, o, bir daha namizədliyini irəli sürməyəcək”,- xanım Meloni deyib.

Buna baxmayaraq, hazırda cənab Baydenin ikinci müddətə getmək planlarından imtina edib-etməyəcəyi barədə dəqiq məlumat yoxdur.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

“Xalq qəzeti”

14 Avqust 2022 13:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə