Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Demokratlar kəşfiyyata müraciət edirlər

Demokratlar kəşfiyyatdan Trampın saxladığı sənədlərdən dəyən ziyanı qiymətləndirməyi xahiş edirlər

Nümayəndələr Palatasının komitə sədrləri Kerolin Meloni və Adam Siff (hər ikisi demokrat) ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynsa keçmiş prezident Donald Trampın malikanəsində məxfi sənədlərə malik olmasının vurduğu ziyanı qiymətləndirməyi xahiş ediblər. Bu, FTB-nin Ədliyyə Nazirliyinin rəhbəri Merrik Qarlandın şəxsi göstərişi ilə apardığı axtarışlardan sonra məlum olub.

“Keçmiş prezident Trampın davranışı potensial olaraq milli təhlükəsizliyimizi ciddi risk altında qoyub. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən davam edən təhqiqata əlavə olaraq tam nəzərdən keçirilməsini tələb edir", - deyə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin və Kəşfiyyat Komitəsinin sədrləri (Reuters-ə istinadla) deyirlər.

Cənab Trampın Floridadakı mülkündə axtarış avqustun 9-da aparılıb. Sabiq dövlət başçısı “Casusluq haqqında qanun”u pozmaqda şübhəli bilinir. Onun evindən məxfi məlumatlar olan 11 dəst sənəd götürüldüyü iddia edilir.

"Xalq qəzeti"

14 Avqust 2022 12:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə