Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Makron Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı protokollar imzalayıb

“İki avropalı tərəfdaş olan Finlandiya və İsveçin bu suveren seçimi onların yaxın qonşuluğunda mövcud təhlükə qarşısında onların təhlükəsizliyini gücləndirəcək və bu iki tərəfdaşın təhlükəsizlik imkanlarını nəzərə alaraq, kollektiv mövqeyə və Avropa İttifaqına əhəmiyyətli töhfə verəcək” - Yelisey Sarayından bildiriblər. Fransa parlamenti avqustun 2-də protokolları ratifikasiya edib.

Finlandiya və İsveçin üzvlüyünün tam ratifikasiyası üçün Şimali Atlantika Alyansının bütün ölkələrinin milli səviyyədə müvafiq sənədləri təsdiqləmələri zəruridir.

Finlandiya və İsveç Ukraynadakı hərbi əməliyyatlar fonunda NATO-ya üzv olmaq qərarına gəliblər. Türkiyə hər iki ölkənin terrorçuları dəstəklədiyini iddia edərək, onların daxil olmasına qarşı çıxıb. Lakin sonda Ankara İsveç və Finlandiyanın alyansa daxil olmasına dəstək verməyə razılaşıb.

"Xalq qəzeti"

14 Avqust 2022 11:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə