Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Trampın evindən məxfi sənədlər müsadirə edilib

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri sabiq prezident Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində axtarış zamanı 11 dəst məxfi sənədi müsadirə ediblər.

“The Wall Street Journal”ın yaydığı məlumatda bildirilir ki, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə ya­xın qutu götürülüb. Müsadirə edilən sənədlər arasında Do­nald Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin Fransa prezidenti ilə bağlı bəzi məlumatlar var. Ümumilikdə 11 dəst məxfi sənəd müsadirə edilib. Onların arasında “tam məxfi” qrifi ilə təsnif edilən materiallar da var. Nəşrin yazdığına görə, bu sənədlər yalnız xüsusi dövlət müəssisələrində saxlanıla bilər.

Donald Tramp Mar-a-Laqodakı malikanəsində axtarış­dan sonra qeyd edib ki, o, bu sənədləri könüllü olaraq özü də verə bilərdi: “Əvvəla bu sənədlərin üzərindən məxfilik qrifi götürülüb. İkincisi, müsadirəyə ehtiyac yox idi, onlar bu sənədləri siyasi oyun oynamadan, mənim iqamətgahıma girmədən istənilən vaxt ala bilərdilər”.

“Xalq qəzeti”

 

14 Avqust 2022 09:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə