Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Konqresi 430 milyard dollarlıq təşəbbüslər paketini təsdiqləyib

 ABŞ Konqresinin Nümayəndələr Palatası inflyasiyanın azaldılmasına yönəlmiş və hakimiyyət orqanları tərəfindən 430 milyard dollar vəsaitin ayrılma­sını nəzərdə tutan təşəbbüslər paketini təsdiqləyib.

Təşəbbüslər paketi ilə bağlı səsvermə ABŞ Konqresinin aşağı palatasının saytında yayımlanıb.

Xatırladaq ki, Senat bu paketi keçən həftə təsdiqləyib, indi paket imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə təqdim olunacaq. Pre­zident daha əvvəl onu imzalamaq niyyətində olduğunu bildirmişdi.

Konqresin təsdiqlədiyi 755 səhifəlik təşəbbüslər paketində bir çox tədbirlər, o cümlədən, federal büdcə kəsirinin, iqlim dəyişmələrinə qarşı mübarizə, həmçinin vətəndaşların səhiyyə xərclərinin azaldılması nəzərdə tutulur. Paketdə təqdim edilən proq­ramların həyata keçirilməsi üçün iri korporasi­yaların vergiləri artırıla bilər.

ABŞ hakimiyyəti belə hesab edir ki, bu tədbirlərin reallaşdırılması ölkədə inflyasiya­nın azaldılmasına imkan verəcək.

“Bloomberg” agentliyi xəbər verir ki, ABŞ-da ərzaq məhsullarının qiyməti ötən illə müqayisədə 10,9 faiz atrmışdır. Bu, 1979-cu ildən bəri ən yüksək artımdır.

“Xalq qəzeti”

14 Avqust 2022 09:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə