Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid Şirxan Xaməmmədovun “Vətənə xidmətə görə” ordeni ailəsinə təqdim olunub

Xalqımızın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edilmiş soydaşlarımızdan biri də şəhid Şirxan Xaməmməd oğlu Xaməmmədovdur. Göstərdiyi şücaətə görə layiq görüldüyü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni Şamaxı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə igid şəhidin ailəsinə təqdim edilib.

Əlahiddə Ümumqoşun or­dusunun zabiti, polkovnik-leyte­nant Bəhruz Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı və şəhidin atası Xaməmməd Xaməmmədovun iştirak etdiyi görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov II Qarabağ savaşında ordumuzun döyüş meydanlarında əldə etdiyi qələbədən, bu zəfərin qa­zanılmasında əsgər və zabitlərimizin göstərdiyi misilsiz rəşadətdən, dövlət başçısı İlham Əliyevin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğısından geniş söhbət açıb.

Görüşdə çıxış edən Xaməmməd Xaməmmədov oğlunun Qarabağın xilaskarlıq savaşında göstərdiyi hünər və qeyrətlə öyün­düyünü və onun müstəqil dövlətimizin Vətənə xidmət ordeni ilə təltif olunmasından məmnun olduğunu söyləyib. Şamaxılı igid döyüşçünün atası ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonda şəhidin ölümündən sınra təltif edil­diyi 3-cü dərəcəli “Vətənə xidmətə görə” or­deni onun atası Xaməmməd Xaməmmədova təqdim olunub.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

14 Avqust 2022 00:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə