Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Türkiyə liderləri sentyabrda görüşə bilərlər

ABŞ Prezidenti Cozef Bayden ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş ola bilər. “Sabah” nəşri yazır ki, liderlər sentyabrda Nyu- Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində görüşə bilərlər.

İki ölkə liderinin Va­şinqtonun Ankaraya “F-16” qırıcı təyyarələri satma­sı sahəsində yaranan problemləri müzakirə edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, Türkiyə bu prosesin uzan­masını istəmir. Ona görə də məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə həll edərək "F-16"ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresində müzakirəyə çıxarılmasına çalışır. Beləliklə, Konqres bir müddət sonra "F-16" satışını təsdiqləyə bilər.

Nəşr yazıb ki, Türkiyə müdafiə sənayesi şirkətlərinin imkanlarının, ixraclarının artırılması yeni və milli müdafiə sənayesinin inkişafı­na töhfə verəcək. Ödəmələr zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq məqsədilə əsas şirkət olan OFFSET ilə razılaşmalar imzalanacaq. Beləliklə, “qazan-qazan” prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhsulları almalı olacaq.

Xatırladaq ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Bayden arasında görüş olub. Danışıqlar zamanı ABŞ lideri həmkarına “F-16” ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısın­dan və Türkiyənin möv­cud hərbi təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın təyyarədən gedir.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

13 Avqust 2022 23:40 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə