Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə Pakistan arasında yeni ticarət sazişi imzalanıb

Türkiyə–Pakistan dövlətləri və xalqları arasında dostluq əlaqələri davamlı olaraq inkişaf edir. Türkiyənin Ticarət naziri Mehmet Muş Pakistana son səfəri çərçivəsində bu ölkənin dövlət və hökumət rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin Ticarət naziri Mehmet Muş dünən pakis­tanlı həmkarı Seyid Navid Kamar ilə birlikdə iki ölkə arsında yeni ticarət sazişinə imza atıb. Sənədin imzalan­ması mərasimi Pakistanın baş nazirinin İslamabaddakı iqamətgahında baş tutub.

Pakistan Baş naziri Şah­baz Şərif sazişin imzalanma mərasimindən sonra Türkiyə ilə əməkdaşlığın əhəmiyyətini ifadə edib. O, iki ölkə xalqları arasında sıx tarixi əlaqələrin olduğunu xatırladıb.

Xatırladaq ki, Türkiyə ilə Pakistan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə sıx əlaqələr qurulub. Rəsmi Ankara və İslamabad beynəlxalq qurumlarda da daim bir-birini dəstəkləyirlər.

M.HACIXANLI,

“Xalq qəzeti”

13 Avqust 2022 23:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə