Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa və Britaniya şirkətləri birlikdə yeni nəsil qanadlı raketlər hazırlayacaq

Fransa və Britaniyanın “Rolls-Royce”, “Safran Power Units” və MBDA şirkətləri birlikdə yeni nəsil qanadlı raketlər hazırlayacaq. BBC agentliyi yazır ki, raketlərin hazırlanması üçün şirkətlər arasında müqavilə imzalanıb.

Şirkətlər on ildən əvvəl başa çatdırılma­sı gözlənilən səsdən aşağı sürətlə hərəkət edən, aşağı radara görünmə sahəsinə malik raket üzərində işləyəcəklər. Raketlər İngiltərə və Fransa hökumətlərinin tələblərinə cavab verəcək.

Gələcək Qanadlı/Gəmi Əleyhinə Ra­ket (FC/ASW) layihəsi Böyük Britaniya tərəfindən istifadə edilən “Harpoon” və Fransanın “Exocet” raketlərini əvəz etmək üçün başladılıb.

Xatırladaq ki, son illər dünyada silah istehsalı və satışı sürətlənib. Ekspertlər bunu planetimizin bir çox qaynar nöqtəsində silahlı münaqişələrin baş verməsi ilə izah edirlər. Təəssüf doğuran hal həm də budur ki, qarşı­dakı illər ərzində dünya ölkələrində silahlan­manın tempinin kəskin artacağı gözlənilir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

13 Avqust 2022 23:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə