Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

1200-dən çox miqrant həlak olub

Cari ilin birinci yarısında Aralıq dənizində 1200 nəfərdən çox miqrant həlak olub. “Euronews” agentli­yinin yaydığı məlumata görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) açıqlayıb.

Bundan əlavə, avqustun 10-da Yunanıstanın Rodos adasının cənubunda miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində onlarla insan itkin düşüb. 15 metr uzunluğunda qayıqdakı insanlardan 34 nəfəri xilas etmək mümkün olub.

Bildirilir ki, Aralıq dənizi marşrutu beynəlxalq miqrasiya marşrutları içərisində ən təhlükəlisi hesab edilir. Şimali Afri­kada çox zaman açıq dəniz üçün yararsız qayıqlarla Avropa istiqamətinə üz tutan miqrantların bir hissəsi həlak olur və ya itkin düşür. Hazırda Ukraynadakı hərbi vəziyyət nəticəsində “ənənəvi“ miqrasiya marşrutunu medianın diqqətindən kənara çıxarsa da, Aralıq hövzəsi ölkələri problemi daim diqqətdə saxlamağa çalışırlar.

Qeyd edək ki, rəsmi məlumatlara görə, ötən il Aralıq dənizini keçməyə çalışan 3007 miqrant həlak olub.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

13 Avqust 2022 23:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə