Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Türkiyə

Səsdən sürətli PUA hazırlanacaq

Türkiyənin “Bay­kar Makina” şirkəti Ukraynada “Bayrak­tar Kızılelma” adlı yeni reaktiv səsdən sürətli pilotsuz uçuş aparatı (PUA) isteh­sal etməyi planlaşdı­rır. Bunu şirkətin baş direktoru Haluk Bayraktar açıqlayıb. Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb: “Ukrayna ilə həyata keçirəcəyimiz layihələrə dair uzunmüddətli planlarımız var. “Baykar” şirkəti Ukraynada fabrik, tədqiqat mərkəzi və qa­baqcıl istehsal mərkəzi tikməyə başlayıb. Beləliklə, burada bütün sistemləri istehsal etmək istəyirik”.

Məlumatı “Haber Global” yayıb.

Ukrayna

Hərbi vəziyyət və səfərbərlik uzadılır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılmasını təklif edib. Bildirilir ki, Ali Radaya təqdim olu­nan qanun layihələrinə əsasən, ölkədə hərbi vəziyyətin avqustun 23-ü saat 05:30-dan 90 gün müddətinə uzadılması təklif olunur. Ümumi səfərbərlik eyni müddətə uzadılacaq. Qeyd edilir ki, təqdim olunan qanun layihəsi Ali Rada tərəfindən təsdiqlənərsə, hərbi vəziyyət və səfərbərlik ən azı 2022-ci il noyabrın 21-dək qüvvədə olacaq.

Məlumatı UNİAN yayıb.

ABŞ

Mənzillərin qiyməti artıb

Cari ilin ikin­ci rübündə ABŞ-da mənzillərin orta qiyməti 14,2 faiz artaraq 413,5 min dollar təşkil edib. Qiymət artımı əsasən, iri aqlomerasiyalarda yerləşən şəhərlərdə qeydə alınıb. Bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasiyası hesabat yayıb. Assosiyasının baş iqtisadçısı Lourens Yun deyib: “Ev qiymətlərindəki artım, xüsusilə aşağı və orta gəlirli ameri­kalılar üçün əmək haqqı artımı sürətini xeyli üstələyib”.

Xəbəri “Bloomberg” verib.

Serbiya

Ordu modernləşdirilir

Serbiya ötən il silah-sursat alqı-satqısı üzrə 31 ölkə ilə 1 milyard 318 milyard dollar dəyərində 287 saziş müqavilə bağla­yıb. Müqavilədə Rusiyadan 4 ədəd “Mi-35M” döyüş helikopteri, 3 ədəd “Mi-17V-5” helikopteri, 2 ədəd “Pancir- S1M” zenit müdafiə sisteminin batareyası və digər hərbi inventarların alınması təmin olunub. Həmçinin hava hücumundan müdafiə bölmələri üçün Fransadan “GM400”, “GM200” və “GM60” radarları alınacaq. Bundan başqa, “Airbus” şirkətindən on ədəd çoxməqsədli “H145M” heli­kopteri sifariş edilib.

Xəbəri “Defency News” verib.

Böyük Britaniya

Arktika və Alp buzlaqları sürətlə əriyir

Böyük Britaniyanın “Nature” elmi jurnalın­da dərc edimiş geniş məqalədə qeyd edilir ki, Arktikada və Alp dağla­rında buzlaqlar sürətlə əriyir. Hətta alimlər bildirirlər ki, Arktikada temperatur son 40 ildə dünyanın qalan hissəsi ilə müqayisədə, demək olar ki, dörd dəfə daha sürətlə əriməyə başlayıb. Son 120 ildə Alp dağ­larında isə orta temperatur 2 dərəcə yüksəlib. Buzlaqların əriməsi səbəbindən İtaliya, Fransa və İsveçrə kimi ölkələr yay xizək kurortlarını bağlamaq məcburiyyətində qalıblar.

Məlumatı “Euronews” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

13 Avqust 2022 23:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə