Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ" "Sumqayıt"ı məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

 Günün ilk matçında ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

"Kapital Bank Arena"dakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, "gənclik şəhəri" təmsilçisi iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün digər oyununda "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

13 Avqust 2022 21:55 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə