Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın 4 boksçusu Avropa birinciliyində mərhələ adlayıb

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə start verilib. 28 ölkədən 378 idmançının qatıldığı və 10 gün davam edəcək yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü mübarizəyə başlayıb.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

60 kq çəkidə gücünü yoxlayan Kənan Aslanlı debüt qarşılaşmasında macarıstanlı Roland Banqonu sınağa çəkib. Təmsilçimiz ilkin mərhələdə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb.

Nicat İmanovun (66 kq) da ilk döyüşü uğurlu alınıb. O, Yurac Tutundziçi (Xorvatiya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı məğlub edib.

Əli Məmişov (70 kq) Avropa birinciliyinə Orestas Staponkusla (Litva) qarşılaşma ilə başlayıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə sayəsində mərhələ adlayıb.

Əmir Abasov (80 kq) isə Artyom Bedjunovu (Estoniya) mübarizədən kənarlaşdırmaqda çətinlik çəkməyib – 5:0 (30:26, 30:26, 30:26, 20:27, 30:26).

İlk gündə rinqə çıxan Ömər Quluzadə (75 kq) Kolin Lottnerlə (Almaniya), Məhəmməd Cəfərov (90 kq) Emils Salmsla (Latviya) döyüşüb. Görüş rəqiblərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa birinciliyinə 22 boksçu ilə yollanıb.

13 Avqust 2022 15:45 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə