Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir mətbuatı Prezident İlham Əliyevin Ermənistanın hərbi təxribatlarına qətiyyətli cavab veriləcəyini bəyan edib - FOTO

Misirin “Əl Əhram”, “Əl Nahar”, “Royah”, “Ahl Masr”, “Dar Əl Marif” və digər mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibənin əsas məqamlarını işıqlandırıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki,Prezident İlham Əliyev bu yaxınlarda Ermənistan tərəfinin növbəti dəfə silahlı təxribata əl atdığını və bu hərbi təxribat nəticəsində bir hərbçinin şəhid olduğunu bildirib. O əlavə edib ki, şəhidin qanının yerdə qalmadığını hər kəs gördü və Azərbaycan Ordusu dərhal “Qisas” əməliyyatı keçirərək qarşı tərəfi ciddi cəzalandırdı. Azərbaycanın dövlət başçısı vurğulayıb: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik”.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bir daha Ermənistanı yeni reallıqları qəbul etməyə və hərbi təxribatlara son qoymağa çağırıb.

13 Avqust 2022 15:59 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə