Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 24-də Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Bu barədə "Xalq qəzeti"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəhər və rayonların sakinləri avqustun 15-dək nazirliyin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

13 Avqust 2022 16:22 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə