Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ETKİ-nin əməkdaşları uşaq sığınacağının sakinləri ilə səmərəli vaxt keçirib

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutun (ETKİ) əməkdaşları Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi kiçik sakinləri ilə səmərəli vaxt keçiriblər.

"Xalq qəzeti"  ETKİ-nin rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, tədbirdə ETKİ-nin direktoru, t.e.d., prof. Gülnaz Dadaşova və Mərkəzi Klinikanın İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Firdovsi İbrahimov iştirak etmişdilər.

Elmi-Tədqiqat Kardiologiya İnstitutu mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır və onların ailəsinə çevirilmiş uşaq və yeniyetmələr ilə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.

Elmi-Tədqiqat Kardiologiya İnstitutu öz dayanıqlı inkişaf məqsədləri hədəfləri çərçivəsində uşaqların sosial və hüquqi müdafiəsini təmin etmək üçün gələcəkdə də fəaliyyətini davam etdirəcəkdir.

13 Avqust 2022 16:31 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə