Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub

Avqustun 12-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarılan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

13 Avqust 2022 14:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə