Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qırmızı kitab"ın III nəşri ilə bağlı tədqiqatlar davam edir - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Botanika İnstitutunun mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı bitkilərin növbəti monitorinqi həyata keçirilib.
Bu barədə "Xalq qəzeti"nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ekspedisiyanın əsas məqsədi yüksək dağlıq ərazilərdə yayılan nadir bitki növlərinin monitorinqinin aparılması, onların yaşayış mühiti və nəslinin kəsilmə səbəbləri haqqında məlumatların toplanmasıdır.

Böyük Qafqazın Quba və Qusar rayonlarına aid ərazisində keçirilən çöl tədqiqat işləri zamanı dəniz səviyyəsindən 2000-3500 metr yüksəklikdəki nadir bitki növləri tədqiq edilib. Tədqiq olunan növlərin əksəriyyəti Qafqazın və Azərbaycan florasının endem-subendem növləri olub, kiçik və fraqmentləşmiş yayılma sahələrinə malik nadir növlərdir.

Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.

Aparılan tədqiqatlar nəticəsində "Qırmızı kitab"ın III nəşrinə salınması nəzərdə tutulan bitki növlərindən bəzilərinin fotoşəkillərini təqdim edirik.

13 Avqust 2022 17:55 - EKOLOGİYA
EKOLOGİYA
2 Oktyabr 2022 | 18:11
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 18:56
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 17:59
Oktyabr ayının hava şəraiti
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə