Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda "Xəzər günü" qeyd olunub - FOTO

12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü ilə əlaqədar Xəzər rayonu, Zirə qəsəbəsində təmizlik aksiyası keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Dövlət Turizm Agentliyinin nümayəndələri, “Yüksəliş” müsabiqəsinin qalibləri, beynəlxalq təşkilatlar, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllülərin iştirak etdiyi tədbirdə sahilə yaxın ərazi plastik və digər tullantılardan təmizlənib.

Daha sonra tədbir Xəzər sahilində yerləşən Abşeron Milli Parkında davam etdirilib, iştirakçılara mütəxəssislər tərəfindən Xəzərin ekoloji problemləri və bu sahədə görülən işlər barədə məlumat verilib, könüllülər tərəfindən çəlləklər üzərinə Xəzərin mühafizəsinin vacibliyini əks etdirən rəsmlər çəkilib.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günündə təmizlik aksiyaları yerli icra hakimiyyətlərinin, bələdiyyə nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər günü” ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edərək ətraf mühitin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkür edir.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur.

13 Avqust 2022 12:01 - EKOLOGİYA
EKOLOGİYA
2 Oktyabr 2022 | 18:11
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 18:56
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 17:59
Oktyabr ayının hava şəraiti
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə