Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTA əməkdaşları ilə İsrail Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İsrail Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Təftiş Xidmətlərinin direktoru Şlomit Zioninin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında online görüş keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə İsrail nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.
Daha sonra dövlət sərhədlərində və gömrük keçid məntəqələrində sərhəd-keçid məntəqələrində bitki və bitkiçilik məhsulları, eləcə də pestisid və aqrokimyəvi maddələrin idxal-ixrac prosesinə nəzarət tədbirləri barədə fikir mübadiləsi aparılıb, zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı təkliflər səsləndirilib. Hər iki ölkədə qarşılıqlı təcrübə səfərlərinin təşkili, əməkdaşlıq üzrə normativ sənədlərin imzalanması məsələləri müzakirə olunub.
Görüşdə İsrailin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi sahəsində reallaşdırılacaq layihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.

13 Avqust 2022 11:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə