Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş edib

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

 Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

13 Avqust 2022 11:39 -

Köhnə versiyamızdan xəbərləri izlə