Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biznes assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi, vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsinin aparılması məqsədilə biznes assosiasiyaları ilə keçirilən görüşlər davam etdirilir.

"Xalq qəzeti" xəbər verir ki, növbəti belə tədbir Azərbaycan Banklar Assosiasiyası və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. 

Görüşdə vergi borcları üzrə sərəncamların hesablar üzrə icra edilməsi, sərəncamların geri çağırılması ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin bu sahədə maliyyə sanksiyalarının tətbiqi üzrə təkliflər müzakirə olunub, bank sektorunun nümayəndələrinin sualları cavablandırılıb.

13 Avqust 2022 11:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə